İl-76 nəqliyyat təyyarəsi Krasnoyarskın Çeremşanka hava limanına məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə regional nəqliyyat nazirliyi məlumat yayıb. Eniş etdikdən sonra təyyarə uçuş-enmə zolağından çıxıb.
Məlumata görə, hava limanı hazırda təyyarələr üçün bağlıdır.
Təyyarə mühərrikdə problemlər yarandığı üçün təcili eniş edib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, tələfat yoxdur.
Ağarza Elçinoğlu