Ordubadda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, dünən axşam saatlarında Ordubad rayonunun Aza kənd ərazisində qeydə alınan hadisə nəticəsində yolu keçməl istəyərkən xəsarət alan 16 yaşlı 2009-cu il təvəllüdlü Aza kənd sakini Seyidzadə Fatimə Qasım qızı müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə dünən Ordubad rayonunun Aza kəndi ərazisində baş vermişdi. 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yolu keçməyə çalışan Aza kənd sakini 2009-cu il təvəllüdlü Seyidzadə Fatimə Qasım qızını vurmuşdu. Xəsarət alanın vəziyyəti ağır olduğu üçün o, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.