Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vurub.

“Unikal”ın məlumatına görə, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.

Belə ki, rayonun Köhnə-Xaçmaz kənd sakini 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

 Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca