Sentyabrın 1-2 tarixlərində Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a  bildirilib ki, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb. 

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.