Gədəbəydə 55 yaşlı kişi dağdan yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qala kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun sakini 1970-ci il təvəllüdlü Y.Yolçiyev dağlıq ərazidən yıxılıb. 55 yaşlı kişi aldığı ağır xəsarətlərdən elə hadisə yerində ölüb.
İlkin məlumata görə, Y.Yolçiyev dağdan çiçək yığan zaman yıxılaraq ölüb.
Hadisənin etiyatsızlıqdan baş verdiyi bildirilirş
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov