ABŞ prezidenti Donald Tramp hərbçilərin Venesuela yaxınlığındakı Karib dənizində narkotik daşıyan gəmini vurduğunu açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb. 

Trampın sözlərinə görə, Amerika hərbi əməliyyatının hədəfi Venesuelanın terror təşkilatı kimi tanınan “Tren de Aragua” bandasının narko-terrorçuları olub və əməliyyatda 11 nəfər öldürülüb: "O, Nikolas Maduronun nəzarəti altında fəaliyyət göstərir və ABŞ və Qərb yarımkürəsində kütləvi qətllər, narkotik ticarəti, qadın ticarəti, həmçinin zorakılıq və terror aktlarına görə məsuliyyət daşıyır.

Zərbə terrorçular beynəlxalq sularda, qeyri-qanuni narkotik vasitələri daşıyarkən, ABŞ-yə doğru hərəkət edərkən endirilib. Zərbə 11 terrorçunu məhv edib".

O qeyd edib ki, zərbə nəticəsində ABŞ hərbçilərindən heç biri xəsarət almayıb: "Bu, ABŞ-yə narkotik gətirməyi düşünənlərə xəbərdarlıq olsun". 

Ağarza Elçinoğlu