"Ana Ermənistan" partiyasının idarə heyətinin üzvü Areqnaz Manukyan iki ay müddətinə həbsdə saxlanılıb.

"Unikal" xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, Areqnaz Manukyana qarşı Cinayət Məcəlləsinin 427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanması) ilə ictimai cinayət işi başlanıb.