“Bilmirəm siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu, onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyyə edir, nə söhbətlər edirlər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda təşkil etdiyi ictimai müzakirədə deyib.
Komitə sədri bildirib ki, orta və yaşlı nəsil elektron imkanlardan o qədər də istifadə edə bilmir: "Onlar üçün də rahatdır ki, uşaqlar ora-bura qaçmır. Valideyn amma ciddi diqqət yönəltmir ki, o uşaq telefonda nə ilə məşğuldur. Bizdə idmana nə qədər imkanlar yaranır. Hər bir ailədə uşaqlar idmanla, yaradıcılıqla məşğuldurmu? Bir çox istiqamətlər var ki, ailə mühitində məcburi formada diqqət yönəldilməlidir".




.jpeg)








.jpg)






























