"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin yanvar-iyun aylarında 1,9 milyon sərnişinə xidmət göstərib.
Bu barədə "Unikal"a səhmdar cəmiyyətdən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Hesabt dövründə AZAL 8 462 reys yerinə yetirib. Bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 7 %-lik artım deməkdir. Marşrut şəbəkəsi isə 52 istiqamətə çatdırılıb.
Bundan başqa, AZAL-ın donanmasına 3 yeni nəsil "Airbus" təyyarəsi əlavə olunub.
AZAL həmçinin Şımkentə birbaşa uçuşlara başlayıb, Brüssel, Qars, Aktöbə və Atırau istiqamətləri üzrə bilet satışını açıb, rəqəmsal xidmətlərini genişləndirərək sərnişin təcrübəsini daha da təkmilləşdirib.
Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79 %, punktuallıq göstəricisi isə 81 % təşkil edib.
AZAL bu ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.
2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.
Eyni zamanda, donanmaya 3 yeni nəsil "Airbus" təyyarəsi – 2 "Airbus A320neo" və AZAL tarixində ilk "Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.








.jpg)





























.jpeg)






