Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsinin davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun müxtəlif yaşayış məntəqələrində heyvandarlıq, əkinçilik, bitkiçilik, bağçılıq, taxılçılıq və pambıqçılıq sahələrində fəaliyyət göstərən təsərrüfatlarda istehsal prosesinin gedişi, aqrotexniki tədbirlərin icra vəziyyəti, mövcud istehsal imkanları və inkişaf perspektivləri ilə yerində tanış olur.
"Unikal" xəbər verir ki, təsərrüfatlarla tanışlıq zamanı kənd təsərrüfatı sahələrinin səmərəli idarə olunması, torpaq və su ehtiyatlarından məqsədyönlü istifadə, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi mexanizmlərindən effektiv yararlanılma, istehsal və emal zəncirinin daha da təkmilləşdirilmə məsələlərinin diqqət mərkəzində saxlanılması, eyni zamanda heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın yüksəldilməsi, bitkiçilik və əkinçilik sahələrində mövsümi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, taxıl və pambıq sahələrində becərmə işlərinin vəziyyəti, bağçılıq təsərrüfatlarında isə mövcud əkinlərin qorunması və genişləndirilməsi istiqamətində görülən işlər qiymətləndirilir.
Rayon rəhbəri kənd təsərrüfatı istehsalçıları və sahibkarlarla təklif və müraciətləri dinləyərək, mövcud problemlərin operativ həlli, istehsalın genişləndirilməsi, məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verir.
Keçirilən görüşlərin əsas məqsədi Dövlət Proqramından irəli gələn tədbirlərin Goranboy rayonunda səmərəli icrasını təmin etmək, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların inkişafını dəstəkləmək, istehsalın səmərəliliyini və məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, sahibkarlarla dövlət qurumları arasında əməkdaşlığı daha da möhkəmləndirmək və kənd təsərrüfatının dayanıqlı inkişafına nail olmaqdır. Bu istiqamətdə rayon ərazisində təsərrüfatlara yerində baxışlar və sahibkarlarla görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.





















.jpeg)


.jpg)

.jpeg)








.jpg)













