Türkiyənin tanınmış Acıbadem Xəstəxanası Bakı Milli Geyim Evinin rəhbəri, mərhum Könül Vəlibəylinin qızı Ləmanı sağaltmadan xəstəxanadan çıxarıb.

"Unikal" xəbər verir ki, belə bir iddia ilə Ləmanın yaxınları çıxış edib.

Qeyd edilib ki, Ləmanın durumu isə yaxşılaşmaq əvəzinə ağırlaşıb. Buna görə də ailəsi xəstəxananın həkimlərini tibbi səhlənkarlıqda ittiham edir. 

"Ləman bu xəstəxanaya boğazında cəmi 4 mm-lik yırtıqla müraciət edib. Xəstəxanada aparılan tibbi müdaxilələrdən sonra həmin yırtıq 25 mm-ə qədər böyüyüb və Ləmanın vəziyyəti daha da ağırlaşıb. Müalicə üçün xəstəxanaya 52 min ABŞ dollar ödənilib. Lakin bütün bu məbləğ xərcləndikdən sonra həkimlər müalicə və əməliyyatı dayandıraraq xəstəni xəstəxanadan çıxarıblar. Bununla azmış kimi, xəstəxana ailədən əlavə ödəniş də tələb edir", - deyə məlumatda bildirilib. 

Qeyd edək ki, ötən ilin noyabrında Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova tüstüdən zəhərlənərək ölüb. Onun qızı Ləman Qulamova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.