Qubada taksi piyadanı vurub.
"Unikal"ın məlumatına görə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, Mirzəmməd kəndinin yolunda hərəkətdə olan taksi 1953-cü il təvəllüdlü Şıxzeyid Xəlilovu vurub.
Hadisə zamanı piyada avtomobilin ön ban şüşəsinə çırpılıb, nəticədə ban şüşə sınaraq taksinin içində olan sərnişin 1993-cü il təvəllüdlü rayon sakini Həmidə Mehdiyevanın da xəsarət almasına səbəb olub.
Hər iki yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca