Ukrayna prezidenti Volodimir Zelenski Şimali və Baltikyanı ölkələrin liderləri ilə görüşmək üçün Danimarkaya rəsmi səfərə gedib.
"Unikal" xəbər verir ki, o, helikopterlə Danimarkanın baş naziri Mette Frederiksenin iqamətgahına uçub. Səfər zamanı Ukrayna prezidentinin Danimarkanın baş naziri ilə danışıqları planlaşdırılıb. O, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderləri ilə sammitdə iştirak edəcək.
Gülayə Mecid