Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla qeyri-rəsmi söhbətində 150 il yaşamaq mümkünlüyündən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Çin liderinin sözlərinə görə, insanlar indi 70 yaşında “uşaqdır”, halbuki keçmişdə bir neçə nəfər bu yaşa qədər yaşayırdı. Putin cavabında qeyd edib ki, biotexnologiya və orqan transplantasiyası sayəsində insanlar əbədi yaşaya bilərlər. Liderlər arasında ölməzliyin mümkünlüyü barədə söhbət Pekinin Tiananmen meydanında ictimaiyyət qarşısında baş tutub.
Gülayə Mecid