Uşaqlığın mioması (fibroma və ya fibromioma da adlanır) – uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox rast gəlinən xəstəliklərindən biridir. Bir çox qadında miomalar müşahidə olunur, lakin heç bir simptom yaratmadığından özləri bundan xəbərsiz olurlar.
Bunu "Unikal"a açıqlamasında Diaqnoz Tibb Mərkəzinin Cərrah Mama-Ginekoloqu Ramilə Abbaszadə deyib.
Problemin aktuallığı Ginekoloji xəstəliklər arasında mioma 2-ci yerdə durur. O, reproduktiv yaşlarda orta hesabla 16-20%, postmenopauzada isə 30-35% qadında rast gəlinir. Son zamanlar, xəstəliyin diaqnostikasının yaxşılaşması ilə əlaqədar, 30 yaşından aşağı qadınlar arasında miomanın rastgəlməsi artıb. Mioma əsasən ləng böyüyür – orta hesabla 5 ilə. Lakin şişin tez böyüməsi də müşahidə olunur, hansı ki, bir il və ya daha tez müddətə 5 həftəlik hamiləlik boyda olur.
O, sonsuzluğa (fallop borularına yaxın yerləşdikdə), spontan aborta, vaxtından əvvəl doğuşa, dölün anormal vəziyyətinə, doğuşdansonrakı qanaxma və digər fəsadlara səbəb ola bilər. Əməliyyata göstəriş ola biləcək miomanın ölçüsü 14 həftəlik hamiləliyə uyğundur. Qalan halların əksəriyyətində radikal müalicə üsulu (histerektomiya) düzgün hesab edilmir. Bu, belə düzgün olmayan bir fikrə əsaslanır ki, ənənəvi olaraq uşaqlığa dünyaya uşaq gətirən orqan kimi baxılır və bu funksiyanı yerinə yetirdikdən sonra heç bir fəsad olmadan onu çıxartmaq olar. Bu cür fikir səhvdir, çünki, leyomiomanın bədxassəli şişə çevrilmə riski yoxdur, əksinə histerektomiyadan sonra menstrual və reproduktiv funksiyalar itirilir, qadınların əksəriyyətində isə vegetativ-damar, psixoemosional pozğunluqlar və sümüklərin mineral sıxlığının azalması baş verə bilər. Eyni zamanda, uşaqlıq miomasının konservativ müalicəsi və həmçinin şişin erkən mərhələsində qeyri-invaziv və azinvaziv müalicə metodlarının istifadəsi, onun inkişafını dayandırmağa, geriyə inkişaf etdirməyə və uşaqlığın reproduktiv funksiyalarının pozulmasının qarşısını almağa imkan verir. Amma cərrahi müalicəyə göstərişlərin işlənib hazırlanmasına baxmayaraq, konservativ müalicə metodlarının tətbiqi hələ də tam işlənməyib.
Miomanın səbəbləri
Leyomiomanın səbəbləri haqqında müxtəlif nəzəriyyələr var:
1. Alimlərin bir qismi hesab edir ki, bu törəmə şiş deyil, miometriumun ocaqlı hiperplaziyasıdır. O, əzələ liflərinin kəsişdiyi sahələrdə – uşaqlıq boynunun yan səthlərində, boruların ayrıldığı yerlərdə, uşaqlığın orta xətti boyunca inkişaf edə bilər. Bunlara distrofik pozğunluqlar sahəsi deyilir. Bəzi amillərin təsirindən saya əzələlərdə hipoksiya (oksigen aclığı) inkişaf edir. Əsas da yuxarıda sadalanan sahələr ziyan çəkir. Hipoksiya əzələ hüeyrələrinin differensiasiyasını pozur, nəticədə onlar cinsi hormonların normal səviyyəində bölünüb çoxalmağa başlayır. Differensiasiya etməmiş əzələ liflərinin belə daimi çoxalması miomanın yaranmasına səbəb olur.
2. Böyümə faktorlarının və cinsi steroidlərin təsirindən normal əzələ hüceyrələrində mutasiya baş verir və əlverişli şəraitdə onlarda neoplastik transformasiya baş verir. Lakin qeyd etmək lazımdır ki, bu transfarmasiyaya səbəb olan molekulyar pozğunluqlar sona qədər araşdırılmayıb.
3. Saya əzələ lifləri embrional dövrdə uzun inkişaf keçir — 14 həftədən 30 həftəyədək. Bu zaman onlar az differensiasiya etdikləri üçün, müxtəlif xarici və ana ilə əlaqədar amillərin təsirindən çox asanlıqıda mutasiyaya uğrayır. Mutasiya etmiş hüceyrələr miometriumda yerləşir və ilk menstruasiyadan sonra estrogenlərin təsirindən inkişaf etməyə başlayır. Onların inkişafı bir neçə il davam edir. Bu nəzəriyyə müasir dövrdə daha inandırıcıdır.
Miomanın yaranmasına şəraityaradıcı amillər
Epidemiloji araşdırmaların nəticəsinə əsasən, leyomiomanı inkişafına səbəb olan əsas amillər aşağıdakılardır:
1. Genetik — yaxın qohumlarında bu xəstəliyi olan qadınlarda miomanın əmələgəlmə ehtimalı daha çoxdur. Özü də şiş onlarda daha cavan yaşlarda başlayır və daha böyük ölçülərə çatır.
2. Menstruaiyanın erkən başlaması.
3. Uşaqların olmaması. Doğuşla başa çatan hamiləliklərin artması, uyğun olaraq xəstəlik riskini azaldır. Üç uşağı olan qadınlarda bu, 50-90%-ə çatır.
4. Az fiziki aktivlik fonunda artıq çəki. Uşaq və cavan yaşlarda olan piylənmə, cinsi yetkinlik yaşındakına nisbətən daha az təsir göstərir.
5. 35 yaşına qədər arterial hipertoniyanın olması və hipotenziv preparatların 5 il ərzində qəbulu.
6. Üzünmüddətli və xroniki psixoemosional gərginlik və stres vəziyyətləri.
7. Hamiləliyin tez-tez süni pozulması, uşaqlıq boşluğunun diaqnostik və müalicəvi qaşınmalar. 2-5-ci amillər miomanın inkişaf riskini 2 dəfə və daha çox artırır. Miomanın müalicə prinsipləri Xəstəliyin geniş yayılmasına baxmayaraq, belə xəstələrin aparılmasının dəqiq alqoritmi işlənməyib.
Müalicə taktikası barədə müxtəlif fikirlər var, hansı ki, 3 istiqamətdə qruplaşdırmaq olar:
1. Gözləmə taktikası.
2. Konservativ müalicə.
3. Aktiv müalicə.
Gözləmə taktikası Onu pasientlərin az qisminə tətbiq etmək olar. Onlara xəstəlik əlamətləri olmayan, şişin ölçüsü 10-12 həftəlik hamiləlik boyda olan, gələcəkdə hamiləlik planlaşdırmayan qadınlar aiddir. Bundan başqa, belə qadınlar daima həkim nəzarətində olmalı, USM-dən keçməli, endometriumun sitoloji müayinəsi və onkomarkerlərin səviyyəsinə nəzarət olunmalıdır.
Mioması olan qadınlar aşağıdakılardan özlərini qorumalıdır:
1. Uzun müddət günəşin altında qalmaq və ya solyariyaya getmək.
2. 3 kiloqramdan artıq yük qaldırma, ağır fiziki gərginlik, əsas da qarın presi.
3. Kiçik çanaq nahiyəsinə fizioterapevtik prosedurlar.
4. Qarnın masajı.
5. İstilik vannaları, hamam və saunalara getmək.
6. Qarın nahiyəsinə kosmetoloji prosedurların tətbiqi.
7. Trenajorda ağır məşqlər.
8. Abortlar və oral kontraseptiv vasitələrin özbaşına qəbulu.
Əməliyyata mütləq göstərişlər bunlardır:
1. Şişin ölçüsü USM-ə görə 14 həftəlik hamiləlikdən və ya 10 cm-dən böyük olduqda.
2. Reproduktiv yaşda tez böyümə və ya postmenopauzada istənilən böyümə olduqda.
3. Anemiya verən submukoz yerləşmiş mioma.
4. Uşaqlıq boynunda yerləşdikdə.
5. Ayaqcıq üzərində olan subseroz şiş.
6. Kiçik çanaq orqanlarına (sidik kisəsi, bağırsaq) mənfi təsir etdikdə.
7. Miomanın cərrahi əməliyyat tələb edən digər boşluqdaxili patologiyalarla birgə rast gəlməsi.
8. Düyünün çanaq ağrıları ilə müşayiət olunan nekrozu.
9. Əgər mioma sonsuzluğa səbəb olarsa. Cərrahi müdaxilənin həcmi yanaşı xəstəlikərə, qadının yaşına və gələcəkdə hamiləliyin planlaşdırılmasına əsasən təyin olunur. Miomanın müalicəsində üstünlük orqansaxlayıcı, azinvaziv və konservativ üsullara verilir.
Laparoskopik (Qapalı) Mioma Cərrahiyyəsinin Üstünlükləri Nələrdir? Niyə laparoskopik (qapalı) cərrahiyyə? Laparoskopik mioma əməliyyatı üçün xüsusi avadanlıq və təcrübəli və təcrübəli komanda tələb olunur.
• Qarın boşluğunda böyük bir kəsik olmadan böyük fibromalardan xilas olmaq mümkündür.
• laparoskopik mioma əməliyyatı
• Qarında böyük kəsiklər və çapıqlar olmayacaq.
• Əməliyyatdan sonrakı ağrılar daha azdır. Xəstələrimiz əməliyyatdan 4-6 saat sonra gəzməyə, yeməyə, su içməyə başlaya, özləri tualetə gedə bilirlər.
• Boşaltma çox sürətlidir. Ümumiyyətlə xəstələrimiz əməliyyatdan 1 gün sonra evə buraxılırlar. Eyni həftədə işə qayıda və əməliyyat olmamış kimi gündəlik həyatlarına davam edə bilərlər.
• Böyük bir yara olmadığı üçün xüsusilə şəhər xaricindən və ya başqa ölkələrdən gələn xəstələrimiz üçün səyahət etmək problem yaratmır.
• Yırtıq riski yoxdur.
• İnfeksiya riski çox azdır.
• Qapalı (laparoskopik) əməliyyatlardan sonra qarında yapışmalar çox az olur.
Bu, gələcək hamiləliyi planlaşdıran xəstələr üçün çox vacibdir. Hamiləlik əməliyyatdan sonrakı erkən dövrdə planlaşdırıla bilər.
Sağlamlığınıza biganə qalmayın!
Ünvan: Bakı ş., Əhmədli qəs., Sarayevo küç. 38C
Əlaqə: Tel: (+994 12) 370 06 66, 370 41 11, 370 40 64, 370 40 65
Çağrı Mərkəzi: 904 Mob: / (+994 55) 754 43 03
Email: [email protected]
Sayt: www.diaqnoz.az