"Ordu" basketbol komandasında yeni məşqçi təyinatı reallaşıb.
"Unikal" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Serbiyalı mütəxəssis Milan Kotaraç köməkçi məşqçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, "Ordu" daha əvvəl Polad Həsənovun baş məşqçi təyin olunduğunu açıqlayıb. Həsənov ispaniyalı mütəxəssis Alberto Blankonu əvəzləyib.