Litva prezidenti Gitanas Nausedanın təyyarəsi hava limanı yaxınlığında pilotsuz uçan aparatın olduğu bildiriləndən sonra Vilnüsə enə bilməyib.
"Unikal" xəbər verir ki, göyərtədə birinci xanım Diana Nausediyene və Litva nümayəndə heyəti də olub.
"FlightRadar24" uçuş izləmə platformasının məlumatına görə, Basketbol üzrə Avropa Çempionatının keçirildiyi Helsinkidən nümayəndə heyətini daşıyan Litva Hərbi Hava Qüvvələrinin Spartalı təyyarəsi təxminən yarım saat gec yerə enib. Təyyarə bütün müddət ərzində Vilnüs kənarında dövrə vurub.