Avqustun 30-da Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Bakıdakı ermənilərlə bağlı məsələni müzakirə ediblər.
Buna səbəb kimi ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Nikol Paşinyanla görüşü zamanı səsləndirdiyi fikir olub. Tramp ona müraciət edərək deyib: "Siz deyirsiniz ki, 23 xristian erməni var? Onların buraxılmasını xahiş edəcəyəm. Düşünürəm ki, bunu mənim yerimə edəcəklər".
Erməni KİV iddia edib ki, Bakı qarşı tərəfi separatçılardan imtina etməyə çağırıb və bunun Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə xələl gətirdiyini vurğulayıb.
Bundan sonra məlum olub ki, Ermənistanın indiki hakimiyyəti Bakıdakı ermənilərin azad edilməsi üçün ciddi mübarizə aparmaq niyyətində deyil.
Ağarza Elçinoğlu