Çində mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Putin bunun üçün şərtini açıqlayıb.
"Əgər Zelenski hazırdırsa, o zaman Moskvaya gəlsin. Bu görüş baş tutacaq", - deyə Putin bildirib.
Eyni zamanda Putin vurğulayıb ki, Ukrayna konstitusiyasına uyğun olaraq, prezidentin səlahiyyətlərinin uzadılması yolları yoxdur.
O əlavə edib ki, Ukrayna hakimiyyəti legitim olmaq istəyirsə, ərazi məsələlərinə dair referendum keçirməlidir. Lakin hərbi vəziyyət zamanı onu keçirmək olmaz. "Deməli, ləğv edilməlidir. Amma onlar gedən kimi biz də seçkilərə getməliyik. Bu proses sonsuz olacaq", - deyə Putin bildirib.