Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüş keçirib.
"Unikal" xəbər verir ki, Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətlərini diqqətlə dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, subartezian quyusunun təmiri və digər məsələlərlə bağlı müraciətlərə münasibət bildirib. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.