Çin səfərində İran Prezidenti Məsud Pezeşkian Si Cinpinin həyat yoldaşı Pen Liyuanla əl sıxmayıb. 

"Unikal" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Videoda Pezeşkianın qadınlarla fiziki təmasdan imtina etdiyi görünür. Bu davranış 1979-cu il inqilabından sonra İranda formalaşmış dini-ideoloji prinsiplərlə izah olunur.