Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən Rusiya prezidenti Vladimir Putinlə deyil, Ukrayna lideri Volodimir Zelenski ilə gözlənilən telefon danışığını nəzərdə tutduğuna aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, daha əvvəl Ağ Evdə Polşa prezidenti Karol Navrotski ilə görüşdə Tramp jurnalistlərə “Mən onunla tezliklə söhbət edəcəm, nə edəcəyimizi öyrənəcəm” deyərək, Putinlə “böyük münasibəti” olduğunu bildirib.
Prezidentlər arasında danışıqların sentyabrın 4-də baş tutacağı gözlənilir.