Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Məlumata görə, yanğın olan ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy məclisi keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev