Portuqaliyada funikulyorun qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, ən azı 18 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Xatırladaq ki, Lissabonun simvolu olan və ənənəvi olaraq turistik məkan olan "Gloria" funikulyoru relsdən çıxıb. Xəsarət alanlar və qurbanlar arasında əcnəbilərin sayı məlum deyil.
*** 23:33
Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində iyirmiyədək sərnişin xəsarət alıb, 3 nəfər həlak olub.
Yanğınsöndürmə xidməti ölü sayının artacağını istisna etmir. Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.