Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

"Unikal" xəbər verir ki, hərəkətdə olan yük avtomobilinin sürücüsü piyada Gülşən Həmidovanı vurub. Xəsarət alan qadın Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.