"Şamaxı" yeni transferini reallaşdırıb. 

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi hücumçu Nihat Mehralıyevi heyətinə qatıb. 20 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" bunadək Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov, Sənan Muradlı, Antonio Laran, Davud Mənsumovu transfer edib.