Özbəkistan Moskva vilayətində özbək taksi sürücüsünün təhqir edilməsinə görə Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir rus taksi sürücüsünə "Sən rusların qulusan" deyə qışqırır. O, nalayiq sözlərdən istifadə edir.
“Bununla əlaqədar olaraq, həmin videodakı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və ona qarşı qanuni tədbirlərin görülməsi məqsədi ilə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib”, - Özbəkistan diplomatik qurumunun mətbuat katibi Axror Burxanov bildirib.