Xəbər verdiyimiz kimi, İzmirin Torbalı rayonunda təlim üçün havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həlak olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada həyatını itirən pilotun kimliyi açıqlanıb.
Ölən pilotun 1994-cü il təvəllüdlü Berfu Hatipoğlu olduğu müəyyən edilib və qəza ilə bağlı araşdırmalar davam edir.
***11:03
İzmirin Torbalı rayonunun Kırbaş kəndində təlim məqsədilə havaya qalxan helikopter qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Hadisə nəticəsində bir pilot həyatını itirib.
Ağarza Elçinoğlu