Almaniya kansleri Fridrix Merz Rusiya lideri Vladimir Putin haqqında çoxlu “pis bəyanatlar” verib.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov izah edib ki, alman siyasətçinin fikrini indi nəzərə almaq mümkün deyil.
"Merz son saatlar ərzində çoxlu pis bəyanatlar verib, ona görə də onun fikrini hazırda nəzərə almaq mümkün deyil", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Almaniyanın "Sat1" kanalına müsahibə verən Fridrix Merz Rusiya prezidenti haqqında sərt açıqlamalar verib və onu “ən təhlükəli hərbi cinayətkar” adlandırıb. Almaniya kanslerinin fikrincə, Rusiya “iqtisadi cəhətdən tükənməlidir”. Merz onu da əlavə edib ki, Qərb Rusiyaya güzəştə getməməlidir.