İstanbulun Çekmeköy rayonunda yerləşən restoranların birində cinayət hadisəsi baş verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru, 58 yaşlı Ercan Kayhan ədavəti olduğu Mustafa Can G. (19 yaş) tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib.
Çağlayandakı İstanbul Ədliyyə Sarayının Ümumi İstintaq Bürosunda çalışan prokuror Kayhan hadisə yerində həyatını itirib. Məlumata görə, şübhəli Mustafa Can G. hadisədən dərhal sonra cinayət aləti ilə birlikdə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, 19 yaşlı Mustafa Can G. bu vaxtadək 3 dəfə cinayət məsuliyyətinə cəlb olunub və bir müddət həbsdə qalıb. Həmçinin, o, hadisənin baş verdiyi restoranda 2 il ofisiant kimi işləyibmiş.
Faktla bağlı araşdırma başlanılıb.
Gülayə Mecid