Rusiya prezidenti Vladimir Putinin xüsusi təyyarə ayırdığı xərçəng xəstəsi olan uşaq Çindən Moskvaya aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Xəstə Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinə yerləşdirilib.
Həmçinin qeyd edilib ki, səhiyyə naziri Mixail Muraşkonun göstərişi ilə Fəlakət Təbabəti üzrə Federal Mərkəzin gücləndirilmiş həkim briqadası Pekinə göndərilib. Mütəxəssislər tapşırığı yerinə yetirmək üçün bütün lazımi avadanlıqlarla təmin olunublar.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri Çində müalicə alan ağır xəstə uşağı təxliyyə etmək üçün “Rossiya” aviasiya eskadronundan təyyarənin verilməsinə göstəriş verib. Oğlanın vəziyyəti pisləşirdi və terapiya heç bir nəticə vermirdi. Çinli həkimlər onun vətəninə qayıtmasını tövsiyə ediblər.
Ağarza Elçinoğlu