Rusiya ilə Ermənistan arasında ticarət əhəmiyyətli dərəcədə azalıb və ilin sonuna qədər rəqəmlərin yarıya qədər azalacağı gözlənilir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Ticarət xeyli azalıb. Biz gözləyirik ki, ilin sonuna qədər keçən illə müqayisədə bu, iki dəfə azalacaq. Əgər keçən il bu, 12,4 milyard dollar idisə, bu il altı, bəlkə də bir az da az olacaq", - Overçuk bildirib.
Ağarza Elçinoğlu