Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistan və Azərbaycan arasında imzalanmış sazişdən danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  

Diplomatın sözlərinə görə, Rusiya bu məsələyə nikbin yanaşır: "Biz Ermənistan və Azərbaycan arasında ilkin razılaşmaya ehtiyatlı nikbinliklə baxırıq. Bu, həm də böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir".

Ağarza Elçinoğlu