Şəmkirdə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı sürücü 1996-cı il təvəllüdlü Mirzəyev Nürəddin hadisə yerində ölüb. İlkin məlumata görə, ölən şəxs hərbçi olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov