İngiltərədə yaşayan 20 yaşlı Savannah Stuthers qadın həkiminə müraciət etdikdən sonra şok edici həqiqətlə üzləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müayinə zamanı onun uşaqlığında kütlə aşkarlanıb və dərhal əməliyyata alınıb. Həkimlərin çıxardığı 10 santimlik kütlənin içində saç, üç diş və bir göz olduğu məlum olub.
Araşdırmalar nəticəsində bunun Savannahnın “parazit əkizi” olduğu müəyyənləşdirilib. Mütəxəssislər bildiriblər ki, Savannah hələ ana bətnində olarkən öz əkizini "udub". Əkizinin embrionu isə illərlə onun bədənində şiş kimi bu günə qədər gizli qalıb.
Seymur Əli