Rusiya Qərbdəki dondurulmuş, Ukraynaya ötürülən aktivlərini “təbii formada”, yəni quruda qaytaracaq.
"Unikal" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Londonun Rusiya aktivlərindən istifadədən əldə etdiyi 1,3 milyard dollar mənfəəti Kiyevə ötürməsini belə şərh edib.
"Ölkəmizin qiymətli əşyaları qaytarmağın yalnız bir yolu var. Müsadirə edilənləri natura şəklində qaytarmaq. Yəni, "Ukrayna torpağı" və onun üzərində yerləşən digər daşınmaz və daşınar əmlak", - Medvedev "Telegram" kanalında yazıb.
Siyasətçi artıq Rusiyaya məxsus olan Donbas və Novorossiya torpaqlarını nəzərdə tutmadığına da aydınlıq gətirib.
Xatırladaq ki, Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən mənfəət kimi əldə etdiyi 1,3 milyard dolları Ukraynaya göndərib.
Gülayə Mecid