Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Belə ki, Xaçmaz şəhər sakini, 57 yaşlı Mail Qurbanov qızı ilə qeyri rəsmi nikahda yaşayan Quba rayon sakini 45 yaşlı Taleh Niftəliyevi külqabı ilə boyun-boğaz nahiyəsindən vurub.

Xəsarət alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Asiman Qaraca