Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Ağanəbi Əliyev barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti iclas sentyabrın 18-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci ilin mayında  Maştağa qəsəbəsinin Nəriman Nərimanov küçəsi 71, ev 62 ünvanında baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlnini – Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir. Hadisənin tərəflər arasındakı mubahisə zamanı işlədilən sərt ifadələr nəticəsində törədildiyi bildirilir.

Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyeva üç azyaşlı övladı var.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Seymur Əli