Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə yeni direktoru təyin edilib.
"Unikal"ın məlumatına görə, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. Əmrə əsasən, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru 2024-cü il "Son zəng" tədbirində səslən musiqiyə görə işdən azad edilib.
Xatırladaq ki, ötən il sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Buna görə məktəbin direktoru Gülsəba Abbasova işdən çıxarlıb.
Tural Əhmədov