İtaliya millisi itki ilə üzləşib.
"Unikal" xəbər verir ki, bu bardə İtaliya Futbol Federasiyası məlumat yayıb.
"Atalanta"nın mərkəz hücumçusu Canluka Skamakka yenidən zədələnib. Bu səbəbdən də 26 yaşlı forvard İtaliya millisini tərk edib.
Qeyd edək ki, Skamakka zədə səbəbindən 2024/25 mövsümündə "Atalanta"nın 50 matçını buraxıb.
İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Estoniya ilə, sentyabrın 8-də isə İsraillə qarşılaşacaq.