"Zirə" "Torpedo" ilə oyunda çox yaxşı oyun sərgiləyib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın "Torpedo" futbol komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Sumqayıtda "Zirə"yə uduzduqları (0:3) UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Rəqib çox güclüdür. Öz oyunumuzu göstərə bilmədik. 30 dəqiqədən sonra matça nəzarəti itirdik. Ən azı bir top buraxacağımızı düşünürdük. Favorit komanda qalib gəldi. Üçüncü qoldan sonra ruhdan düşdük. Bir qol da vura bilmədik. Futbolda hər nəticə qeydə alına bilər".

O, görüşün sonunda mübarizə apardıqlarını söyləyib:

"Biz çətin oyundan sonra Azərbaycana gəlmişdik. Futbolçularda yorğunluq da var idi. Bir həftə sonra cavab qarşılaşması olacaq. Başqa oyun sərgiləməyə çalışacağıq. Üç qol vurmaq çox çətin olacaq. Amma əlimizdən gələni edəcəyik. Futbolda hər nəticə qeydə alına bilər".

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.