08 iyul 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı”nın hazırlanmasına həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, aidiyyatı qurumların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verilən tapşırıqların icrası, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və hədəfləri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf istiqamətləri, bu sahələrdə istehsal və emal potensialının artırılması, müasir texnologiyaların tətbiqi, eləcə də Ağdam rayonunda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər geniş müzakirə olunub. Tədbir çərçivəsində Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, həmçinin dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sonda tədbirdə qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub.























.jpg)





























