FİFA Fransa Futbol Federasiyasının Maykl Olisenin Paraqvayla oyunda aldığı sarı vərəqənin ləğvi ilə bağlı apellyasiya şikayətini rədd edib.

"Unikal" xəbər verir ki, "L'Équipe" nəşrinin məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam da təsdiqləyib:

"Bu gün səhər FİFA-dan qərarı aldıq. Sarı vərəqə qüvvədə qalır".

Bununla da Olise iyulun 9-da Mərakeşlə keçiriləcək 1/4 final matçında da sarı vərəqə alacağı halda, Fransa millisinin mümkün yarımfinal oyununu buraxacaq