Cüdoçumuz Avropa çempionu olub
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı başlayıb.

"Unikal" xəbər verir ki, 60 kq-da çıxış edən Azərbaycan təmsilçisi Nihad Məmişov finalda italiyalı Françesko Sampino ilə üz-üzə gəlib.

İdmançımız görüşdə qələbə qazanaraq qızıl medala yiyələnib.

XXX

17:58

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

"Unikal" xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Fərid Qarayev təsəlliverici görüşdə İsraildən olan İsak Aşpizlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən F.Qarayev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Daha əvvəl Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) finala vəsiqə qazanıblar.