“Azerbaijan Ground Services” MMC Maliyyə şöbəsinə vergi üzrə baş mütəxəssis vakansiyasına işçi qəbulu elan edir!
"Unikal" vakansiya üzrə vəzifə öhdəliklərini təqdim edir:
- Vergi hesabatlarının hazırlanması və təqdim olunması;
- Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması və dövlət orqanlarından gələn məktubların cavablandırılması;
- Vergi öhdəlikləri üzrə planlamanın aparılması;
- Obyekt ,NKA və POS Terminal qeydiyyatları;
- Yarana biləcək vergi riskləri ilə bağlı rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Vergi hesabatlarının hazırlanması üzrə ən azı 3 il iş təcrübəsi;
- Vergi Məcəlləsi və müvafiq qanunvericilik aktları üzrə biliklər;
- Elektron vergi portalları və sistemləri ilə işləmək bacarığı;
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə və dəqiqliklə işləmək bacarığı;
- Məsuliyyətli və komandada işləmək bacarığı;
- Yüksək etik davranış və konfidensiallıq prinsiplərinə əməl etmək;
- ACCA, PMS və digər əlaqəli sertifikatlar arzuolunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi
- İş qrafiki: 09:00 - 18:00
- İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi
- Nahar fasiləsi: 13:00 - 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına CV göndərə bilər