Paytaxt Vaşinqtonun rəsmiləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsini dayandırması üçün məhkəməyə müraciət edib.

"Unikal"ın məlumatına görə, onlar Trampı yerli idarəetmənin razılığı olmadan Milli Qvardiyanın minlərlə əsgərini şəhərə göndərməklə Konstitusiyanı və federal qanunu pozmaqda ittiham edir. Şəhərin baş prokuroru Brayan Şvalb müraciətində iddia edib ki, avqustun 11-dən etibarən mindən çox hərbçinin Vaşinqtona yerləşdirilməsi ordunun daxili hüquq-mühafizə məqsədləri üçün qeyri-qanuni istifadəsi deməkdir.

Qeyd edək ki, Kaliforniya ştatının federal hakimi iyun ayında immiqrasiya reydləri ilə bağlı bir neçə gün davam edən etirazlardan sonra Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsinin qanunsuz olduğuna dair qərar çıxarıb.