Əfqanıstanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələ Cəlalabad şəhərindən 48 km, Əsədabaddan 36 km aralıda baş verib.

Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.