Braziliyalı bir iş adamı "Santos"un hücumçusu Neymara 1 milyard dollar dəyərində sərvət qoyub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan iş adamının Porto Aleqridənolduğu ehtimal edilir. O, vəsiyyətini iyunun 12-də edib. Hazırda Braziliya məhkəmələri tərəfindən təsdiqini gözləyən vəsiyyətnamədə Neymar böyük sərvətinin yeganə varisi kimi göstərilir.

İş adamı buna səbəb kimi futbolçu ilə sıx “mənəvi əlaqə” və onun karyerasına heyran olmasını göstərib.