Sentyabrın 14-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində müxtəlif partiyaların, o cümlədən "Almaniya üçün Alternativ" Partiyasının yeddi namizədi dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, polis siyasətçilərin ölümlərində şübhəli heç nə olmadığını iddia etsə də, onların ölüm səbəbləri açıqlanmır.
Məlum olub ki, bir namizədin 80 yaşı olub və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Hakimiyyət orqanları bülletenləri yenidən çap etməli, poçtla seçkilərdə iştirak edən seçicilər yenidən səs verməli olacaqlar.