Mingəçevirdə azyaşlını maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə N.Nərimanov küçəsində baş verib. Avtomobil 2019-cu il təvəllüdlü Məmmədzadə Əliyusif Rövşən oğlunu vurub. 6 yaşlı yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov